İranda 101 yaşlı kişi koronavirusdan sağalıb


Dünya 29 Mar 2020 14:46:00 115 0

İranda 101 yaşlı kişi koronavirusdan sağalıb

İranda koronavirusa yoluxan 101 yaşlı kişi xüsusi xəstəxanada müalicə alaraq sağalıb və evə buraxılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 20 gün əvvəl İranın Gülüstan vilayətində səhhətindən şikayət edən 101 yaşlı kişi xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib və xüsusi xəstəxanaya göndərilib.

Bu gün isə tam sağaldıqdan sonra 101 yaşlı kişi evinə buraxılıb.