Sinqapurda koronavirusdan ölənlərin sayı artdı


Dünya 29 Mar 2020 14:03:18 164 0

Sinqapurda koronavirusdan ölənlərin sayı artdı

Sinqapur koronavirusla mübarizədə nümunə ölkə sayılırdı

Pandemiya ilə mübarizədə nümunə sayılan Sinqapurda da koronavirus qurbanlarının sayı artıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkədə daha bir nəfər koronavirusdan ölüb.

Məlumata görə, ölən şəxs 27 gündür reanimasiyada qalan 70 yaşlı kişidir. Qeyd edilir ki, onda daha öncə digər xəstəliklər də olub.

Beləliklə, Sinqapurda pandemiya qurbanlarının sayı 3-ə çatıb.

Hazırda ölkədəvirus daşıyıcılarının rəsmi sayı isə 802 nəfərdir.