Malayziya və Filippində koronavirusdan ölənlərin sayı artır


Dünya 29 Mar 2020 14:28:53 122 0

Malayziya və Filippində koronavirusdan ölənlərin sayı artır

İki ölkədə həm yoluxanların, həm də ölənlərin sayında kəskin artım qeydə alınıb.

Malayziyada 7, Filippində isə daha 3 nəfər koronavirus infeksiyasının qurbanı olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu hər ikiölkənin Səhiyyə nazirlikləri açıqlayıb.

Məlumata görə, Malayziyada koronavirusdan ölənlərin sayı 34, Filippində isə 71-ə çatıb.

Bundan başqa, virus daşıyıcılarının rəsmi sayı Malayziyada 2 470, Filippində isə 1 418 nəfərə yüksəlib.