Kontakt Home müştərilərinə şad xəbər: BÜTÜN KREDİTLƏRƏ GÜZƏŞT EDİLDİ


Digərləri 29 Mar 2020 14:10:00 228 0

Kontakt Home müştərilərinə şad xəbər: BÜTÜN KREDİTLƏRƏ GÜZƏŞT EDİLDİ

Ölkənin ən böyük elektronika brendlərindən olan Kontakt Home mağazalar şəbəkəsi bütün müştərilərinin aylıq ödənişlərinə 1 aylıq güzəşt edib. Bu barədə şəbəkənin rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.

Artıq uzun müddətdir ki, şirkət "Müştəri güzəşt proqramı" çərçivəsində müştəri müraciətlərini fərdi araşdırır və onlara aylıq ödənişlərlə bağlı güzəştlər tətbiq edirdi. Təkcə mart ayı ərzində ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin aylıq ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq uzadılmışdı.

Karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq şirkət bu güzəşt proqramını hər kəs üçün açıq edib. Başqa sözlə, bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1 aylıq güzəşt müddəti tətbiq olunacaq və həmin müddətdə ödənilməyən borclara görə hər hansı gecikmə hesablanmayacaq.