İranda 1 aylıq körpədə koronavirus aşkarlandı


Dünya 29 Mar 2020 13:57:26 127 0

İranda 1 aylıq körpədə koronavirus aşkarlandı

COVID-19 körpələrdə də aşkarlanır

İranın Rəzəvi Xorasan əyalətində yeni doğulmuş körpədə COVID-19 aşkarlanıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin Tibb Elmləri Universitetinin rektoru Cavad Bazəli bildirib.

“Nəfəs çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən 35 günlük körpədə koronavirus analizinin nəticələri pozitiv çıxıb”, - C.Bazəli bildirib.

O, həmçinin körpənin durumununyaxşıya doğru getdiyini də vurğulayıb.

Qeyd edək ki, İranda ilk dəfə fevralın 19-da qeydə alınan koronavirus ölkədə 35 408 nəfərdə aşkarlanıb. İranda virus qurbanlarının sayı isə 2 500-ü ötüb.