""Biz birlikdə güclüyük" şüarı bu gün uşaqdanböyüyə hər kəsin həyat devizinə çevrilib"


Digərləri 29 Mar 2020 13:57:00 214 0

""Biz birlikdə güclüyük" şüarı bu gün uşaqdanböyüyə hər kəsin həyat devizinə çevrilib"

Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manat yığılması Azərbaycan xalqının böyük xalq olduğunu, ən ağır dövrdə birləşə bildiyini göstərir.

Son.az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bu gün əksər ölkələrin gündəminə nəzər yetirsək artıq yeni dünya nizamının gözəgörünməz düşmənlə və yeni növ "silahla" (COVİD-19) mübarizə apararaq formalaşdığının şahidi oluruq:

"Bu sınaqla Azərbaycan həm dövlət, həm də xalq olaraq üz-üzədir. Lakin sevindirici hal ondan ibarətdir ki, vaxtilə hələ prosesin başlanğıcında bu məsələyə ciddi yanaşmayan cəmiyyətlərin və ölkələrin mövcud vəziyyətini və acınacaqlı durumunu müşahidə etdiyimiz bir zamanda bu mənfi tendensiya Azərbaycandan yan keçib.Azərbaycanda vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.

Məsələyə şəxsən cənab Prezident İlham Əliyev tərəfindən anbaan nəzarət olunması ondan xəbər verir ki, ölkə başçımız ən çətin günlərdə belə hər zaman olduğu kimi operativ qərar qəbuletmə və soyuqqanlılıq xüsusiyyətinə sadiq qalaraq xalqın sağlamlığı məsələsini prioritet olaraq görüb. Bu sınaq günlərində dövlət başçısı tərəfindən səsləndirilən "Biz birlikdə güclüyük" şüarı bu gün uşaqdan-böyüyə hər kəsin həyat devizinə çevrilib. Bu isə ondan xəbər verir ki, ölkədə sıx şəkildə xalq-iqtidar birliyi mövcuddur. Bu şüar mövcud sınaq günlərindən sonra üçün də xalqımızı ayaqda saxlamağa kökləyəcək".