Fransada keçmiş nazir koronavirusdan öldü


Dünya 29 Mar 2020 13:40:00 134 0

Fransada keçmiş nazir koronavirusdan öldü

Fransanın keçmiş sənaye naziri Patrik Devecyan 75 yaşında koronavirusdan ölüb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, məlumatı yerli hakimiyyət yayıb.

Bildirilib ki, bir həftə öncə Devecyan "Twitter" səhifəsində koronavirusa yoluxduğunu yazıb. O, ismarıcında həkimlərin yardımı ilə səhhətinin stabilləşdiyini vurğulayıb.

Qeyd edək ki, Fransada 37 575 nəfər koronavirusa yoluxub, infeksiyadan 2 314 nəfər ölüb.