Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı


Kriminal 29 Mar 2020 13:46:00 114 0

Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı

Sabunçu rayonunun Bilgəh qəsəbəsində 68 yaşlı taksi sürücüsü bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, sürücü Atlasov Aleksandr sərnişindən ödəniş tələb edib. Bu zaman sərnişin pul verməkdən imtina edərək sürücüyə bıçaqla zərbə endirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.