Şəmkirdə bıçaqlanma...


Kriminal 29 Mar 2020 13:24:00 189 0

Şəmkirdə bıçaqlanma...

Şəmkirdə bıçaqlanma hadisəsi olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Sabirkənd kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Əlihəsən Əbülfət oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub, vəziyyəti orta ağır qiymətləndirilir.

Ə. Əliyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı, hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.