Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib


Digərləri 29 Mar 2020 13:29:00 126 0

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin işi dəyişdirilib.

İdarədən Son.az-a verilən məlumata görə, tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, aşağıdakı qaydada davam edəcək:

1. Elektron qeydiyyatdan keçə bilməyən valideynlər "Whatsapp" nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək.

2. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki "Əks əlaqə" bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

3. Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər.