Rusiyada daha 270 nəfərdə koronavirus aşkarlandı


Dünya 29 Mar 2020 12:28:42 90 0

Rusiyada daha 270 nəfərdə koronavirus aşkarlandı

Rusiyada virus daşıyıcılarının sayı kəskin artıb

Rusiyada daha 270 nəfərdə koronavirus infeksiyası qeydə alınıb.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bunu ölkənin operativ qərargahı açıqlayıb.

“Rusiya Federasiyasında bu günədək 1 535 yoluxma faktı qeydə alınıb”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, bu gün Moskva meri Sergey Sobyanin də paytaxtda 1 000-dən çox virus daşıyıcısının olduğunu açıqlamışdı.