İsraildə 4 minə yaxın insan koronavirusa yoluxub


Dünya 29 Mar 2020 12:29:00 104 0

İsraildə 4 minə yaxın insan koronavirusa yoluxub

İsraildə COVID-19 diaqnozu qoyulan xəstələrin sayı 405 nəfər artaraq 3865-ə çatıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi açıqlama verib.

Xəstəlikdən 12 nəfər həyatını itirib, 89 nəfər isə sağalaraq evinə buraxılıb. 66 pasientin vəziyyətinin isə ağır olduğu bildirilib.

Qeyd edək ki, dünya üzrə koronavirusa 664,590 insan yoluxub. Ölümlə nəticələnən halların sayı isə 30,890-a çatıb.