Avropa İttifaqı yeni təşviq paketi hazırlayacaq


İqtisadiyyat 29 Mar 2020 12:15:13 102 0

Avropa İttifaqı yeni təşviq paketi hazırlayacaq

Avropa İttifaqı (Aİ) koronavirusun (COVID-19) iqtisadi təsirlərini azaltmaq üçün yeni təşviq paketi hazırlayacaq

Avropa İttifaqı (Aİ) koronavirusun (COVID-19) iqtisadi təsirlərini azaltmaq üçün yeni təşviq paketi hazırlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi qurum virusla bağlı vəziyyətinəzərə alaraq 2021-2027-ci illəri əhatə edən Çoxillik Maliyyə Çərçivəsi (MFF) sənədinə bəzi düzəlişlər edəcək.

Sözügedən sənəd əsasındaAİ-nın uzunmüddətli büdcəsi və siyasi prioritetlərə uyğun xərclənmə istiqamətləri müəyyən olunur.

MFF-ni Aİ Şurası və Avropa Parlamenti təsdiq edir.