İranın eksprezidenti də koronavirusa yoluxdu


Dünya 29 Mar 2020 11:45:00 106 0

İranın eksprezidenti də koronavirusa yoluxdu

İran İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəmi koronavirusa yoluxub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, 76 yaşlı M.Xatəmi paytaxt Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib.

Onun durumu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, hakimiyyətdaxili islahatçı xəttin lideri sayılan Məhəmməd Xatəmi 1943-c il sentyabrın 23-də İranın Yəzd əyalətinin Ərdəkan şəhərində doğulub. O, İran İslam Respublikasının 5-ci prezidentidir. İki dəfə prezident seçilib: birinci dəfə 1997-ci ildə, ikinci dəfə isə 2001-ci ildə.