Bakıda apteklərdə maska qıtlığı yaşanır - VİDEOREPORTAJ


Sosial 29 Mar 2020 11:36:17 158 0

Bakıda apteklərdə maska qıtlığı yaşanır - VİDEOREPORTAJ

Əczaçılar sorğumuza cavab olaraq satışda maska qalmadığını bildiriblər.

Koronavirusun yayılması ilə əlaqədar Bakı sakinləri arasında qoruyucu maskalara tələbat gündən-günə artır. Nəticədə paytaxtda apteklərdə maska qıtlığı yaşanır.

Bu, “Report”un Bakıda yerləşən bir neçə aptekdə apardığı araşdırmadan məlum olub.

Əczaçılar sorğumuza cavab olaraq satışda maska qalmadığını bildiriblər. Məlum olub ki, bəzi apteklərə günaşırı, bəzilərinə isə 2-3 gündən bir 50 ədəd maska verilir. Lakin verilən maskaların hamısı dərhal satılır.