DİM rəhbərliyi maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü

Sosial 29 Mar 2020 10:40:43 155 0

DİM rəhbərliyi maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 1 aylıq vəzifə maaşının 4 mislini, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov 1 aylıq vəzifə maaşını, Mərkəzin digər rəhbər şəxsləri isə aylıq vəzifə maaşının 50%-ni Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

© Report — Məleykə Abbaszadə

Mərkəzdən "Report"a verilən məlumata görə, yardımın edilməsində məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.