Azərbaycanda restoran, kafe və çayxanalar bağlandı


Digərləri 29 Mar 2020 10:31:20 151 0

Azərbaycanda restoran, kafe və çayxanalar bağlandı

29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Operativ Qərargahdan Son.az-a daxil olan məlumatda bildirilir ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı verilib.