Gəncədə 4 aylıq körpə öldü


Digərləri 29 Mar 2020 10:39:00 176 0

Gəncədə 4 aylıq körpə öldü

Gəncə şəhərində 4 aylıq uşaq vəfat edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, ötən ilin noyabrında doğulan Damla Səfərova öskürdüyü üçün Dəmiryol Xəstəxanasına aparılarkən yolda ölüb. 

Valideynləri onun öskürərkən nəfəs borusuna bəlğəm getdiyini deyiblər. Körpənin temperaturu normal olub. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.