95 faizi yaşlılar imiş...


Dünya 29 Mar 2020 10:22:00 137 0

95 faizi yaşlılar imiş...

İtaliyada koronavirusdan dünyasını dəyişənlərlə bağlı statistika açıqlanıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliya Yüksək Səhiyyə İnstitutunun martın 26-na olan hesabatına görə, koronavirusdan ölənlərin böyük əksəriyyəti yaşlılardır.

Belə ki, ölkədə koronavirusdan ölənlərin 95.1 faizi 60+ yaş qrupuna aiddir. Ölənlərdən 2702 nəfərinin (39,7 faiz) yaşı 80-89 aralığında olanlardır. 35,3 faizi (2702 nəfər) isə 70-79 yaş qrupuna daxildir. 

İtaliyada martın 26-dək 90+ yaş qrupuna aid olanlardan 608 nəfər koronavirusdan dünyasını dəyişib. Bu isə 8,9 faiz deməkdir. Dünyasını dəyişənlərdən 761 nəfəri isə 60-69 yaş arasıdır (11,2 faiz).

İtaliyada koronavirusdan ölənlərin 57,6 faizi kişilərdir. Ölənlərdən 73 faizi hipertoniyadan, 31,3 faizi diabetdən, 27,8 faizi isə ürək çatışmazlığından əziyyət çəkib.