ABŞ-da körpə koronavirusdan öldü


Dünya 29 Mar 2020 10:07:00 150 0

ABŞ-da körpə koronavirusdan öldü

ABŞ-ın Çikaqo şəhərində yeni növ koronavirusun səbəb olduğu xəstəliyin aşkarlandığı heç 1 yaşı olmamış körpə ölüb

ABŞ-ın Çikaqo şəhərində yeni növ koronavirusun səbəb olduğu xəstəliyin aşkarlandığı 1 yaşı tamam olmamış körpə ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İllinoys ştatının Səhiyyə Departamentinin rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, buna qədər COVID-19 ilə əlaqədar körpə ölümü hadisəsi olmamışdı və bu, ilk belə haldır.

Departamentdən yaşlı insanların daha çox yeni növ koronavirusa yoluxma riski olduğu qeyd edilib.

“İllinoys ştatında yeni növ koronavirusdan ölənlərin 85%-ni 60 və daha çox yaşı olan insanlar təşkil edir. Eyni zamanda, müxtəlif yaşlarda olan insanlar xəstəliyi ağır keçirir”, - qurumun məlumatında deyilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 664 min nəfəri keçib, 30 mindən çox adamisəvirus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.