Kanada Baş Nazirinin xanımı koronavirusdan sağaldı


Dünya 29 Mar 2020 09:49:00 155 0

Kanada Baş Nazirinin xanımı koronavirusdan sağaldı

Kanadanın Baş Naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar koronavirusdan sağalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xanım Tryudo öz feysbuk hesabında məlumat verib.

"Xəbəri sizinlə bölüşmək istədim: özümü daha yaxşı hiss edirəm və həkimimdən və Ottava Səhiyyə İdarəsindən müsbət tibbi müayinə nəticəsi aldım", - o bildirib.

Xatırladaq ki, Sofi Qrequar iki həftə öncə koronavirusa görə test vermiş, cavab pozitiv çıxmışdı. Bununla əlaqədar olaraq Baş Nazir işlərini evdən idarə etməyə başlamışdı.