Hindistanda qatarlardan palatalar kimi istifadə ediləcək


Dünya 29 Mar 2020 09:38:00 140 0

Hindistanda qatarlardan palatalar kimi istifadə ediləcək

Hindistanda bəzi dəmiryol qatarlarından koronavirusa yoluxan xəstələrin müalicəsi üçün palata kimi istifadə ediləcəyi bildirilir.

APA-nın xəbərinə görə, bu barədə "Indian Times" qəzeti yazıb.

Qeyd edilib ki, yerli hökumət tərəfindən koronavirusun yayılmasının artacağı ehtimal edilərək ölkənin səhiyyə infrastrukturunu gücləndirilməsi üçün belə bir qərar qəbul eilib.

Baş nazir Narendra Modi 1,3 milyard əhalinin xəstəliyə yolxmaması üçün üç həftə qapalı vəziyyətdə - evdən çıxmamağı xahiş edib. 

Hindistan Dəmir Yollarının məlumatında bildirilib ki, hər həftə 10 qatarın palataya çevirilməsi planlaşdırılıb: "Qatarlarda xəstələrin rahat sağalması üçün gigiyenik şərait yaradacaq".