Metroda sıxlıq yarandı FOTO


Digərləri 29 Mar 2020 09:27:00 136 0

Metroda sıxlıq yarandı  FOTO

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir.

Belə ki, metro səhər saatlarından 7-dən 9-a kimi işləyəcək. Artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb.

Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır.