Azay Quliyev: ""Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır"


Digərləri 29 Mar 2020 09:16:00 178 0

Azay Quliyev: ""Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır"

"Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu problem dünya gündəminə gələn ilk gündən Prezident İlham Əliyev məsələyə çevik və adekvat reaksiya verdi və ardıcıl olaraq zəruri qabaqlayıcı tədbirlər həyata keçirildi:

"Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin tapşırığı ilə koronavirusla mübarizə üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ardınca koronavirusla mübarizə üçün 10 milyon və 20 milyon manat vəsait ayrıldı. Eyni zamanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Görülən bu tədbirlər öz müsbət nəticəsini verdi və bu gün Azərbaycanda vəziyyət tam nəzarət altındadır. Göründüyü kimi, digər ölkələr vaxtında zəruri tədbirlər görmədiyinə görə koronavirus geniş yayılıb və ciddi təhlükəyə çevrilib.

Əlbəttə ki, bu virusun qarşısının alınmasında xalq-iqtidar birliyinin də mühüm rol oynadığını xüsusi qeyd etmək lazımdır. Xalq-iqtidar birliyi olmadan bugünkü nəticəni əldə etmək mümkün olmazdı. Bildiyiniz kimi, qısa müddət ərzində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 90 milyon manatdan artıq vəsait yığılıb. Vətəndaşlarımız bu fonda vəsaitin toplanmasında fəal iştirak edir. Əlbəttə ki, bu, Azərbaycan xalqının böyük xalq olduğunu, ən ağır dövrdə birləşə bildiyini aydın şəkildə təcəssüm etdirir".

A.Quliyev vurğulayıb ki, koronavirusla mübarizədə Azərbaycan həkimlərinin də rolu olduqca böyükdür: