Ukraynada koronavirusa yoluxanların sayı artıb


Dünya 29 Mar 2020 08:46:00 113 0

Ukraynada koronavirusa yoluxanların sayı artıb

Ötən sutka ərzində Ukraynada yeni növ koronavirusa (COVİD-19) daha 46 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir: "Martın 28-i saat 22:00 üçün Ukraynada 356 laborator yolla təsdiqlənmiş COVİD-19 halı var. Sutka ərzində 46 yeni yoluxma halı qeydə alınıb".

Nazirlikdən bildiriblər ki, ölkə ərazisində 9 ölüm halı qeydə alınıb, 5 nəfər isə koronavirusdan sağalıb.