Daha bir yarış təxirə salınıb


Dünya 29 Mar 2020 08:33:00 136 0

Daha bir yarış təxirə salınıb

Koronavirus pandemiyası səbəbindən MotoGP yarışlarında ardıcıl beşinci Qran-Pri təxirə salınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb.

Təqvimə əsasən, mayın 1-dən 3-dək İspaniyanın Xeres şəhərində keçirilməsi nəzərdə tutulan Qran-Pri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəl Qətər, Tailand, Argentina və ABŞ Qran-priləri başqa vaxta keçirilib.