Çində koronavirusa yoluxanların sayı artıb


Dünya 29 Mar 2020 08:36:00 138 0

Çində koronavirusa yoluxanların sayı artıb

Çində yeni növ koronavirusa (COVİD-19) daha 45 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, yoluxma hallarının 44-ü xaricdən gələn Çin vətəndaşlarında qeydə alınıb. Gün ərzində 5 nəfər dünyasını dəyişib, ölüm hallarının hamısı Hubey əyalətində qeydə alınıb.

Bildirilir ki, ötən gün 477 nəfər koronavirusdan sağalıb.