Bu ölkədə koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb


Dünya 29 Mar 2020 07:09:00 122 0

Bu ölkədə koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb

Son sutka ərzində Estoniyada koronavirusa (COVID-19) yoluxanların sayı 70 nəfər artaraq 645-ə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 9300 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə götürülən 1200 nəfərin analizinin 70-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.