Tibbi maskanı xəstə insanlar taxmalı, sağlam olanlar isə...


Digərləri 28 Mar 2020 23:45:00 217 0

Tibbi maskanı xəstə insanlar taxmalı, sağlam olanlar isə...

"Xəstə insanlar kimisə yoluxdurmamaq üçün tibbi maskadan istifadə etməlidirlər".

Bunu apteklərdə tibbi maska çatışmazlığı barədə sualı cavablandıran Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov açıqlayıb.

V. Qasımov deyib ki, sağlam insanların adi halda maskadan istifadə ettməsi düzgün deyil. Onun sözlərinə görə, sağlam şəxslər yalnız insanlar çox olan yerdə tibbi maskadan istifadə edə bilərlər.

Nazir müavini tibbi maskaların xaricə aparılmasının qarşısının alınması üçün qadağa tətbiq olunduğunu da nəzərə çatdırıb.