Ramin Bayramlı: Sabahdan “Yeni Klinika”da koronavirusa yoluxan ağır xəstələr müalicə alacaqlar


Digərləri 28 Mar 2020 22:31:00 192 0

Ramin Bayramlı: Sabahdan “Yeni Klinika”da koronavirusa yoluxan ağır xəstələr müalicə alacaqlar

Sabahdan "Yeni Klinika" tibb müəssisəsində koronavirus infeksiyasına yoluxan ağırlaşmış xəstələri qəbul etmək və onları həyatı qaytarmaq istiqamətində işlərin icrası ilə məşğul olacağıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu AzTv-də "Hədəf" verilişinin qonağı olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı qeyd edib.

Onun sözlərinə görə, yeni tibb müəssisəsinin müasir tibbi təchizatı buna imkan verir:

"Bu gün möhtərəm Prezidentin iştirakı ilə açılışı olan tibb müəssisəsində çalışacaq tibbi heyətin mütləq əksəriyyəti rezidentura təhsilini xaricdə almış tibb mütəxəssisləridir. Dövlət başçısının göstərişinə əsasən, biz həmin şəxslərin dövlət tibb müəssisələrinə inteqrasiyası ilə məşğuluq".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak ediblər.