Türkiyənin daha iki vilayətinin yaşayış məntəqələrində karantin rejimi elan olunub


Dünya 28 Mar 2020 22:14:00 158 0

Türkiyənin daha iki vilayətinin yaşayış məntəqələrində karantin rejimi elan olunub

Türkiyənin Van vilayətinin Çaldıran rayonun Han məhəlləsində və Yozqat vilayətinin Çekerek rayonunun Yuxarı Karahasılı kəndində karantin rejimi elan olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb hər iki yaşayış məntəqəsində yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının aşkarlanmasıdır. Digər bir məlumata görə isə müxtəlif şəhərlərdə 12 polis əməkdaşının virusa yoluxduğu təsdiqini tapıb. İnfeksiyaya məruz qalan qanun keşikçiləri əhali ilə sıx təmasda xidmət aparıblar.

Qeyd edək ki, Daxili İşlər naziri Süleyman Soylunun məlumatına görə, martın 27-də Türkiyədə koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 12 kənd və qəsəbədə karantin rejimi tətbiq edilib.