Sinklə zəngin qidalar: Virusdan da qoruyur?


Digərləri 28 Mar 2020 21:20:00 151 0

Sinklə zəngin qidalar: Virusdan da qoruyur?

Viruslardan qorunmaq üçün güclü immunitetin zərurətə çevrildiyi bir məqamda sağlam qidalanma mühüm əhəmiyyət kəsb edir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, mütəxəsisslərə görə, burada önəmli olan bir məqam sinklə zəngin qidalaraı izləməkdir. Bu mikroelementin çox zaman unudulduğu bildirilir. Halbuki onun çatışmazlığı maddələr mübadiləsini kompleks şəkildə pozmağa qadirdir. Belə olan halda ən çox immunitet sistemi əziyyət çəkir. Sink zülallar və DNT istehsalı, əzələlərin böyüməsi və bərpası üçün, dad və qoxu hissi üşün, eləcə də yaraların sağalması üçün çox önəmlidir. Sink həm də immun sisteminə bakteriya və viruslarla mübarizədə kömək edir, həzmi yaxşılaşdırır və hormonların istehsalını tənzimləyir.

Çoxsaylı klinik tədqiqatlar göstərir ki, sink soyuqdəymə başlayandan  sonrakı ilk gündə qəbul olunarsa, orqanizm daha sürətlə canlanır. Mütəxəssislər hesab edirlər ki, bədəndə kifayət qədər sink virusların yayılmasına mane ola bilər, çünki sink virus patogenləri üzərində qoruyucu bir membran meydana gəlməsini stimullaşdırır, bu da onların tənəffüs yollarında selikli qişalara daxil olmasının qarşısını alır. Bəs sinklə zəngin qidaları necə müəyyənləşdirmək olar?   Sinkin daha çox göyərtilərdə, qırmızı ətdə, dana qaraciyərində, istiridyada (balıq növü), günəbaxan tumlarında, balqabaqda, qoz-fındıqda, küncüt toxumunda, mərci və soyada toplandığı bildirilir.

Amma bitki məhsullarında olan sink ət və dəniz məhsulları ilə müqayisədə daha pis sorulur. Orta hesabla bir yetkin insan gündə 40 mq-a qədər sink qəbul etməlidir. Gənclər üçün bu, 30 mq-a, uşaqlar üçün isə 15-dən 20 mq-a qədər olmalıdır.

Amma çatışmazlıq kimi, sinkin artıq olması da orqanizm üçün xoş nətə  sayılmır. Xəstələnməmək qorxusu ilə bağlı yalnız sink tərkibli məhsullar qəbul etmək olmaz. Qidaları balanslı qəbul etmək daha yaxşıdır.

Bundan başqa, 1 kq almada, portağalda, limonda, əncirdə, qreypfrutda, bütün lətli meyvələrdə, yaşıl tərəvəzlərdə, mineral sularda  0,25 mq-a yaxın, 1 kq balda 0,31 mq-a qədər sink olduğu bildirilir.