Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür - VİDEO


Dünya 28 Mar 2020 21:08:37 141 0

Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür - VİDEO

Son iki gündür Nyu-Yorkda&hər 17 dəqiqədə&koronavirusdan bir sakin vəfat edir.

Son iki gündür Nyu-Yorkdahər 17 dəqiqədəkoronavirusdan bir sakin vəfat edir.

“Report” xəbər verir ki, bu göstəricini“New York Post” hesablayıb.

Məlumata görə, Nyu-Yorkda koronavirus qurbanlarının ümumi sayı 450 nəfər təşkil edir.

Cons Hopkins Universitetinin hesablamalarına görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 105 min nəfərə çatıb, 1 711 pasiyent ölüb. Nyu-York koronavirus qurbanlarının sayına görə Amerika şəhərləri arasında liderdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yeni virusa yoluxanların sayı 510 min nəfəri ötüb, 23 min xəstə ölüb.