Əlləri teztez yumaq, spirtləmək dərini zədələməsin deyə…


Digərləri 28 Mar 2020 20:50:00 292 0

Əlləri teztez yumaq, spirtləmək dərini zədələməsin deyə…

Viruslardan qorunmaq, koronavirusla mübarizə tədbirləri çərçivəsində əllərin tez-tez sabunla yuyulması, spirt, digər dezinfeksiyaedici məhlullarla təzmilənməsi ən vacib şərdir. Gün ərzində əllərin dəfələrlə yuyulması, spirtlənməsi, digər məhlullarla silinməsi dəridə problemlərə səbəb ola bilərmi? 

Son.az e-tibb.az-a istinadən bildirir ki, dermatoloq, uzman həkim Firayya Məmmədovayanın dediyinə görə, əllər bədənimizdə dərisi ən həssas olan bölgələrdən biridir. Hər şeyə ilk növbədə əllərlə toxunduğumuza görə, dəri çox həssaslaşır. Bu baxımdan əllərin dərisi ən çox travmaya məruz qalan hissə olur.

Viruslardan qorunmaq üçün gündəlik olaraq tez tez əlləri yumaq, spitləmək, nəm salfetlərlə silmək də dərinin üst təbəqəsini bir qəsər dözümsüz edir. Bu halda hüceyrə keçirilciliyi artır, sabun, kimyəvi maddələr, kosmetik vasitələr dərini daha da həssaslaşıdır. Bununla da dermatitlər-kontakt dermatitləri, allergik dermatitlər, eqzemanın bir neçə növü ortaya çıxa bilir. Soyuq havalarda, fəsil dəyişkənliyi fonunda da dərinin digər xəstəlikləri kimi, eqzemalar da artır.

Bəs indiki halda nə etməliyik?

Dermatoloq vurğulayıb ki, hazırkı durumda əlləri tez-tez yumağımız, tez-tez dezinfeksiyaedicilərdən istifadə etməyimiz mütləqdir: "Hərçənd ki, bu gün spirtin koronavirusa təsiri barədə mübahisəli