Bu məhsulun respirator viruslara qarşı faydası sübut edilməyib


Digərləri 28 Mar 2020 21:10:00 151 0

Bu məhsulun respirator viruslara qarşı faydası sübut edilməyib

Kəskin respirator virus infeksiyaları zamanı sarımsağın faydaları sübut edilməyib. Hətta bir sıra xəstəliklərdə sarımsaq yemək təhlükə yarada bilər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan həkim-infeksionist Elena Siqanova "Говорит Москва" radiostansiyasının efirində sarımsağın bir sıra xəstəliklər zamanı sağlamlığa zərər verə biləcəyini deyib: "Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə sarımsağın effektivliyini təsdiqləyən tədqiqatlar yoxdur. Sarımsağı bir ədviyyat kimi istifadə edirsinizsə, edin, amma burada  fanatizm olmamalıdır. Sarımsağın əks göstəriş sayıldığı  xəstəliklər var, bunlara öd və öd yolları xəstəlikləri , böyrək problemləri, mədə-bağırsaq problemləri daxildir. Eləcə də qastritlər, mədənin və ya onikibarmaq bağırsağın xora xəstəliyi zamanı sarımsağın istifadəsi yolverilməzdir".

Mütəxəssis qeyd edib ki, indi koronavirusun qarşısının alınması üçün isti hamamın, saunanın faydaları haqqında məlumatlar populyarlıq qazanmağa başlayıb. Həkim bu məlumatları təsdiqlənməmiş adlandırıb: "İsti hamamın, saunanın sırf koronavirusa müsbət təsirini təsdiqləyən araşdırmalar aparılmayıb. Hamamın bir sıra göstərişləri və əks göstərişləri var. Bununla bağlı həkim tövsiyəsi olmalıdır".

Qeyd edək ki, Rusiya Federasiyasının sabiq Baş dövlət sanitar həkimi, akademik Gennadi Onişenko isə mediaya sarımsaqla bağlı fərqli fikirlər söyləyib: "Prinsipcə, sarımsaq koronavirusdan qoruyur. Sarımsaq, sterilizatordur və buna görə qoruyucu sayılır. Ümumiyyətlə, immuniteti stimullaşdıran istədiyiniz uyğun məhsulu istifadə edə bilərsiniz. Məsələn, mənim 10 çili bibərini birdən yeməkdən xoşum gəlir".