Hamilələr təşvişə düşməsin... GİNEKOLOQDAN


Digərləri 28 Mar 2020 20:40:00 156 0

Hamilələr təşvişə düşməsin...  GİNEKOLOQDAN

Koronavirusa yoluxan hamilə qadınlar doğuşdan sonra körpəyə süd verməlidirlər. Çünki süd körpə üçün vacibdir və aparılan müayinələr zamanı süddə virus aşkarlanmayıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu tanınmış cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov sosial şəbəkədə yaydığı müraciətində bildirib. Həkim qeyd edib ki, aparılan araşdırmalar hamilələrin immuntetinin koronavirusa qarşı daha güclü olduğunu deməyə əsas verir. Onun sözlərinə görə, indiyə kimi dünya üzrə az sayda hamilə qadın koronavirusa yoluxub və onlar arasında ağır fəsad, ölüm baş verməyib. Bundan başqa, hamilə olaraq yoluxan qadınlardan döldən nümunə götürülüb, döldə koronavirus aşklarlanmayıb: "Koronavirusa yoluxanların bəziləri artıq ana olub, digərlərinin isə hamiləliyi davam edir".

T. Canbaxışov, hamilə qadınları və onların yaxınlarını təşvişə düşməməyə çağıraraq deyib ki, digər şəxslər kimi onlar da ümumi gigiyena qaydalarına əməl etməlidirlər.