İybilmə qabiliyyətinin ani itirilməsi COVID19 daşıyıcılığına işarə edə bilər


Digərləri 28 Mar 2020 20:01:00 125 0

İybilmə qabiliyyətinin ani itirilməsi COVID19 daşıyıcılığına işarə edə bilər

Britaniya alimlərinin apardığı araşdırma, koronavirusa yoluxmuş insanların göstərdikləri əlamətləri təhlil etdi. Analizlərin nəticəsində, başqa heç bir əlamət göstərilməsə belə, iybilmə qabiliyyətini itirən insanlar COVID-19 daşıyıcısı ola bilməsi görünüb.

Araşdırmanın nəticələrini Britaniyanın Rinoloji təşkilatının professoru Kler Hopkins və Britaniya Qulaq Burun Boğaz təşkilatının professoru Nirmal Kumar ortaq mətbuat konfransında şərh etdilər.

Mütəxəssislər, koronavirusa yoluxmuş bir çox xəstənin, geniş formada görülən yüksək və quru öskürək simptomlarından əvvəl qoxu və dad itkisi yaşadıqlarını ifadə edirlər. Araşdırmaçılar, Cənubi Koreya, Çin, İngiltərə və İtaliyada COVID-19 analızləri müsbət çıxan insanların üçdə birinin qoxu və ya dad itkisi şikayəti yaşadıqlarını təyin etdilər. Bu səbəblə qoxu və ya dad itkisininin koronavirusun ilk simptomlarından biri olduğu ehtimal edilir.

Alimlər, bu anda digər koronavirus simptomları olmadan qoxu və ya dad itkisi şikayəti ilə xəstəxanaya müraciət edən xəstə sayında da diqqətə çarpan bir artım olduğunu göstərən hesabatlar olduğunu söyləyirlər. Eyni zamanda İran, ABŞ, Fransa və Şimali İtaliyadakı həkimlər, qoxu və ya dad itkisi hallarında ani bir artım olduğunu bildirdilər.