Koronaya yoluxma zamanı bunlar baş verir –


Digərləri 28 Mar 2020 19:55:00 185 0

Koronaya yoluxma zamanı bunlar baş verir –

Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir.

Son.az axar.az-a istinadən koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir:

1-3-cü gün

Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur. İmmunitet zəifdirsə, ürək bulanması və qusma baş verir.

4-cü gün

Boğaz ağrısı şiddətlənir, səs boğulur. Yemək və içməkdə çətinlik yaranır. Yüngül baş ağrısı ilə birlikdə, qusma başlayır.

5-ci gün

Boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hal alır. Bədəni tərpətmək, hərəkət etdirmək ağrılı olur. Əzələ ağrıları hiss olunur.

6-cı gün

Quru öskürək başlayır. Danışarkən və udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq olur. Zaman-zaman nəfəs almaq çətinləşir. Ürək bulanması və qusma çoxalır.