Ana südü COVID19 zamanı təhlükəsizdirmi?


Digərləri 28 Mar 2020 19:45:00 128 0

Ana südü COVID19 zamanı təhlükəsizdirmi?

COVID-19 xəstəliyinin ana südü ilə ötürüldüyü dəqiq bilinmir. Lakin COVID-19, eləcə də SARS-CoV olan qadınlar üzərində aparılan məhdud tədqiqatlarda ana südündə virus aşkarlanmayıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.

Qripin də ana südü ilə yayılmadığını xatırladan mütəxəssis deyib ki, ana südü bir çox xəstəlikdən qorunmanı təmin edir və körpələrin əksəriyyəti üçün ən yaxşı qidalanma mənbəyidir: "Əgər anada COVID-19 testi müsbətdirsə,  yəni anada daşıyıcılıq aşkarlanıbsa və ya simptomlarınız varsa, ana südü ilə əmizdirmənin başlanması və ya davam etdirilməsi barədə həkiminiz qərar verməlidir.

Əgər COVID-19 yoluxmusunuzsa, virusun körpənizə tənəffüs və əllərlə yayılmaması üçün mümkün olan bütün tədbirləri görün, o cümlədən uşağınıza toxunmadan əvvəl əllərinizi yuyun və ana südü verərkən üz maskası geyinin.