Dünyanın cavab tapmaq istədiyi sual – Havalar isindikcə


Digərləri 28 Mar 2020 19:01:00 140 0

Dünyanın cavab tapmaq istədiyi sual – Havalar isindikcə

Dünyada koronavirusa yoluxanlar və virusdan ölənlərlə bağlı qorxunc rəqəmlər var. Hər gün bu rəqəmlər daha çox artmağa başlayır. İtaliya, İspaniya, Fransa, ABŞ-da vəziyyət qorxunc hala gəlib.

Ümumilikdə isə dünyada virusa yoluxanların sayı 526 min, dünyasının dəyşənlərin sayı isə 23 min 709 nəfəri keçib. Bununla belə, xəstəlikdən sağalanların da sayı az deyil - 122 min nəfər.

Hazırda isə dünyanın cavab tapmaq istədiyi bir sual var - Havalar isindikcə koronavirus məhv olacaqmı?

Qeyd edək ki, bir çox dünya mütəxəssisləri havaların isti keçməsi ilə virusun zamanla məhv olacağını bildirir. Lakin bu fikrin əksini söyləyənlər də az deyil.

ABŞ-ın "Cekson Laboratoriyası İnstitutu"nun məşhur türkiyəli professoru Derya Unutmaz bu barədə ilginc açıqlamalar verib. O, bildirib ki, yeni tip koronavirusdan ölənlərin sayı heç də 2000-ci illərdə yayılan SARS virusundan ölənlərin sayından çox deyil. Lakin koronavirusa yoluxma daha kütləvidir. Unutmazın sözlərinə görə, koronavirus SARS virusuna bənzəyir, lakin fərqli şəkildə yayılır:

"Koronavirus SARS və MERS virusları qədər ölümcül deyil. Həmin viruslara görə, ölüm 100/30 civarındadır. Lakin koronavirus olduqca yoluxucudur və bu virusun əslində nə olduğunu və necə yoluxduğunu hələ də öyrənməyə çalışırıq".

Unutmaz havaların isinməsi ilə koronavirusun məhv olacağına dair iddialar olduğunu, lakin bunu sübut edən dəillər olmadığını vurğulayıb. Professor həmçinin bir çox ölkələrin koronavirusu yetərincə ciddi qəbul etmədiyini, bu səbəbdən ona qarşı vaksin hazırlıqlarına gecikdiklərini bildirib: "Hazırda ən yeksək texnologiyaya malik kompüterlərlə on minlərlə test aparılır. Virusa qarşı yaradılacaq vaksin üçün ən optimal dövr bir ildir. Koronavirus hazırda çox kiçik ölçülərdə mutasiyaya uğrayır ki, bu da çox gözəl xəbərdir".