Bir dəfə koronavirus olan yenidən bu xəstəliyə yoluxmur?


Digərləri 28 Mar 2020 19:10:00 123 0

Bir dəfə koronavirus olan yenidən bu xəstəliyə yoluxmur?

Koronavirus xəstəliyi - COVİD-19 keçirən şəxslərin orqanizmində ona qarşı immunitet  yaranıb-yaranmaması barədə suallar tez-tez verilir. Bir sıra yoluxucu xəstəliklərdən sonra bədəndə yaranan immunitet yeni virusa yoluxandan sonra da formalaşırmı? İndiyə kimi mütəxəssislər bu suallara birmənalı cavab vermirlər. Çünki onlar hesab edir ki, hələlik bu yöndə konkret elmi tədqiqat yoxdur. Son.az e-tibb.az-a istinadən bildirir ki, Rusiya Federasiyasının Baş dövlət sanitar həkimi Anna Popova isə bu gün ölkənin 1-ci kanalında "Pozner"in proqramında "Bugünkü tədqiqatlar göstərir ki, bəli, yeni koronavirusun yaratdığı infeksion xəstəlikdən sonra immunitet yaranır", deyə bildirib.

Onun sözlərinə görə, tədqiqatlar təsdiq edir ki, orqanizmi təkrar yoluxmadan qoruyan M və G  immunoqlobulinləri qanda müəyyən edilir.