"Azərişıq"dan "vətəndaşa yardım" açıqlaması


İqtisadiyyat 28 Mar 2020 18:30:29 144 0

"Azərişıq"dan "vətəndaşa yardım" açıqlaması

​“Azərişıq” ASC Prezident İlham Əliyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır

“Azərişıq” ASC Prezident İlham Əliyevin və Nazirlər Kabineti yanındaOperativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”.

Bunu "Report"a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev“Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı son günlərsosial şəbələlərdə yayılmış videonu şərh edərkən deyib.

“Bildiyiniz kimi Operativ Qərargah ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxmasını qadağan edib. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən “Azərişıq” dabu təşəbbüsdən kənarda qala bilməzdk. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”, - deyə T.Mustafayev qeyd edib.

“Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayıb:“Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu müraciətlərbizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da “Azərişığ”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyyə edirik ki, sağlıqlarını qorumaq üçün aidiyyatı qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət olmadıqda çölə çıxmasınlar”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə “Azərişıq” əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə kommunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı video yayılıb. Videoda vətəndaş bu yardıma görə, “Azərişıq” əməkdaşına təşəkkür edir.