Koronavirus Benyamin Netanyahunu hakimiyyətdə saxladı


Dünya 28 Mar 2020 17:42:00 139 0

Koronavirus Benyamin Netanyahunu hakimiyyətdə saxladı

İsrailin baş naziri Benyamin Netanyahu koronavirus təhdidindən ən çox  yararlanan siyasətçi olub.

Son.az musavat.com-a istinadən bildirir ki, bununla bağlı "The Jerusalem Post" qəzetində xüsusi məqalə dərc olunub.

Qəzetin redaksiya yazısında son dövrlərə qədər İsraildə hər kəsin Netanyahunu hesabdan sildiyi qeyd olunur. Çünki bu ilin martın 2-də keçrilən seçkilərdə onun partiyası Knessetdə hökuməti formalaşdırmaq üçün kifayət qədər yer ala bilməyib. Buna görə də ölkə prezidenti hökumət koalisiyasını qurmağı müxalifətdəki "Kahol-Lavan" partiyasının lideri Beni Qantsa tapşırmışdı. Üstəlik, bu iln mart ayının 17-də Benyamin Netanyahu üzərində korrupsiya cinayətinə örə məhkəmə həyata keçirilməli idi.

Lakin koronavirus pandemiyası Netanyahu əleydarlarının bütün planlarını alt-üst edib. Beni Qants hökuməti qurmaq üçün lazım olan siyasi, habelə müvafiq fondlardan iqtisadi dəstəyi ala blməyib. Nəticədə Beni Qants rəqibi ilə siyasi sazişə girərək böyük koalisyanın formalaşdırılması fikri ilə raızlaşıb.

Yeni anlaşmaya görə, Knessetin sədri Beni Qantsın özü olacaq. Bundan başqa, hökumətdəki br sıra mühüm postlar da onun partiyasına keçir.