Bakıda 54 yaşlı kişi bıçaqlandı


Kriminal 28 Mar 2020 17:19:34 175 0

Bakıda 54 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1966-cı il təvəllüdlü  Bəxtiyar Mehrəliyev həmyerlisi ilə mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Mərkəzə yerləşdirilib.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.