“Ayrıldığımızı sosial şəbəkədən öyrəndim”


Digərləri 28 Mar 2020 17:25:00 142 0

“Ayrıldığımızı sosial şəbəkədən öyrəndim”

Türkiyəli müğənni Sərdar Ortaç sosial şəbəkə vasitəsi ilə sevgilisi Seçil Gürdən ayrıldığını açıqlayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, məsələ ilə bağlı S.Gürdən də açıqlama verib. O bildirib ki, Sərdarla ayrıldıqlarını sosial şəbəkədən öyrənib:

"Hər şeyi instaqramdan öyrəndim. Evinə getdim, qapıda danışdıq. Mənə ayrıldığımızı dedi. Düşünürəm ki, xəstəliyi ruh halına təsir edib".

Qeyd edək ki, S. Ortac koronavirus şübhəsi ilə xəstəxanaya gedərək infeksiya testindən keçmişdi. Onun soyuqdəymə və boğaz ağrısından əziyyət çəkdiyi məlum olmuşdu.