Rusiyada daha bir nəfər koronavirusdan öldü


Dünya 28 Mar 2020 16:19:00 140 0

Rusiyada daha bir nəfər koronavirusdan öldü

Rusiyanın Orenburq vilayətində bir nəfər yeni koronavirusdan (COVID-10) ölüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, regionun səhiyyə strukturlarından bildirilib ki, ölən şəxs digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Ümumilikdə Orenburq vilayətində koronavirusa dörd yoluxma faktı qeydə alınıb.

İndiyədək Rusiyada 5 nəfər pandemiyanın qurbanı olub.