“Moody's” qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib


İqtisadiyyat 28 Mar 2020 15:21:00 134 0

“Moody's” qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib

"Moody's” beynəlxalq reytinq agentliyi koronavirus (COVID-19) infeksiyasının yayılmasını nəzərə alaraq bu il üçün qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib

"Moody's” beynəlxalq reytinq agentliyikoronavirus (COVID-19) infeksiyasının yayılmasını nəzərə alaraq bu il üçün qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Xatırladaq ki,"Moody's” 2020-ci ildə dünya iqtisadiyyatının 2,6% böyüyəcəyini proqnozlaşdırırdı. Hazırda isə qurum bu il 0,5% qlobal iqtisadi kiçilmə gözlədiyini bəyan edir.

Agentlik hesab edir ki,koronavirus dünya iqtisadiyyatında görünməmiş zərbə vuracaq. Aparıcı mərkəzi bankların və hökumətlərin qəbul etdiyi qərarlara baxmayaraq, bir sıraiqtisadiyyatlarda baş verən ciddi azalmalar,maliyyə bazarlarındakı dalğalanmalar, 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövrünü xatırladanvəziyyət yaradıb.

Yeri gəlmişkən, indiyə qədər ABŞ iqtisadiyyatının 2,3% böyüyəcəyini proqnozlaşdıran"Moody's” bu rəqəmi 2%-ə, Çin iqtisadiyyatının artım göstəricisi proqnozunu isə 5,1%-dən 3,3%-ə endirib. Koronavirusdan ciddi əziyyət çəkənİtaliyada isəiqtisadiyyatın bu il 2,7% kiçiləcəyi proqnozlaşdırılır.