Vilayət Eyvazovdan yeni TƏYİNAT


Digərləri 28 Mar 2020 15:25:00 164 0

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Zərdab rayonuna yeni polis rəis müavini təyin edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Urman  Hökümulla oğlu Ağayev Mingəçevir şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsindən azad edilərək Zərdab Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Zərdab Rayon Polis Şöbəsinin xidmət rəisi vəzifəsində polkovnik- leytenant Bilal Nuriyev çalışıb.