“Mən 2019cu ildə söhbəti bilirdim”


Şou-biznes 28 Mar 2020 14:47:00 178 0

“Mən 2019cu ildə söhbəti bilirdim”

Müğənni Çingiz Mustafayev maskalı paylaşımı ilə diqqət çəkib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, ötən il "Eurovision" müsabiqəsi üçün getdiyi Tel-Əvivdən fotosunu paylaşıb.

O, zarafatla koronavirus barədə əvvəlcədən məlumatı olduğunu bildirib.

İfaçı "Mən artıq 2019-cu ildə söhbəti bilirdim. Özünüzü qoruyun, möhkəm və pozitiv olun! Evdə qalın!" deyə, şərh bölməsinə yazıb.