“Koronavirusa qarşı peyvənd 18 aya hazır olacaq” ÜST


Digərləri 28 Mar 2020 14:26:00 136 0

“Koronavirusa qarşı peyvənd 18 aya hazır olacaq”  ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında koronavirus infeksiyasından sağalan insanların sayını açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün dünyada yarım milyondan çox təsdiqlənmiş yoluxma hadisəsi olduğunu, həmçinin 20 mindən çox insanın öldüyünü bildirib.

"Bunlar faciəvi rəqəmlərdir, amma unutmayaq ki, dünyada 100 mindən çox insan xəstəlikdən sağalıb. İndi xəstəxanalarda xəstələrin müalicəsi üçün terapevtik vasitələrə ehtiyac duyulur, çünki COVİD-19 peyvəndini yaratmaq təxminən 18 ay çəkəcək", - baş direktor vurğulayıb.

Onun sözlərinə görə, terapevtik vasitələrin sınaqları tezliklə İspaniya və Norveçdə başlayacaq: "Bunlar dörd fərqli dərman və dərman birləşməsi sınaqlarıdır. Prosesdə 45 dövlət iştirak edir".

Qebreyesus koronavirusa qarşı yeni dərman hazırlanana qədər fərdləri və ölkələri virusun müalicəsində effektivliyini göstərməmiş terapevtik maddələrdən istifadə etməkdən çəkinməyə çağırıb: "Hər gün bu xəstəliklə mübarizədə nəyin işlədiyini və nəyin yaramadığını daha çox öyrənirik".